RU
Tramp Rusiyaya qarşı sanksiyaları yüngülləşdirməyib — RƏSMİ AÇIQLAMA
00:50
320

Tramp Rusiyaya qarşı sanksiyaları yüngülləşdirməyib — RƏSMİ AÇIQLAMA

"Rusiyaya qarşı sanksiyalar yüngülləşdirilməyib”

Bu barədə Ağ Evin sözçüsü Şon Spayser jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu sanksiyaların yalnız aydınlıq gətirilib. 

"Düşünürəm ki, bu Maliyyə Nazirliyinin qaydaları tənzimləməklə bağlı adi fəaliyyətlərindən biridir. Yəni, yeni sanksiyalar qəbul olunandan sonra nazirliyin saytında onlara aydınlıq gətirilir”, - deyə Şon Spayser bildirib.

ABŞ prezidenti Donald Tramp da öz növbəsində bildirib ki, Rusiya ilə bağlı sanksiya rejimlərinin yumşaldılması haqqında qərar qəbul etməyib. Prezident "Harley-Davidson" şirkət nümayəndələriylə görüş zamanı Rusiya əleyhinə sanksiyaların yumşaldılması ilə bağlı jurnalistlərin suallarına cavab verərkən deyib ki, sanksiyaların ləğvi, yaxud onlara yeniləmək hələlik günün mövzusu deyil 
Qeyd edək ki, bir neçə saat əvvəl xarici mətbuatda ABŞ-ın Maliyyə Nazirliyinin saytında Rusiyaya qarşı sanksiyaların yungülləşdirilməsilə bağlı məlumatlar yayıldığı bildirilib. Məlumatda bildirilir ki, indi Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən təqdim olunan məhsulları "almaq, istifadə etmək, icazə, lisenziya, sertifikat üçün ödəniş etməyə" icazə verilir.

Bununla yanaşı ödənişin ümumi həcmi il ərzində 5 min dolları ötməməlidir. Eyni zamanda Krıma istənilən mal və texnologiyanı ixrac etmək qadağan edilir.

Xatırladaq ki, 2016-cı ilin oktyabrında ABŞ seçki sisteminə edilən kiber hücumda Rusiyanı günahlandırır. Bu səbəbdən ABŞ-ın 44-cü prezidenti Barak Obama Rusiyanın onlarla təsisatına, eləcə də təhlükəsizlik strukturlarına qarşı "seçkiyə müdaxilə", "amerikalı diplomatlara təzyiq" kimi ittihamlarla sanksiyalar tətbiq edib. Obama hakimiyyətinin son günlərində Rusiyaya qarşı əlavə olaraq bir neçə sanksiya tətbiq etmişdi./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ