ABŞ lideri Donald Tramp BMT-yə yeni qanun layihəsi təqdim edib.
Kim Çen İnin nüvə sınaqlarının qarşısını ala bilməyən Tramp rəsmi Pxenyana neft satışının dayandırılmasını istəyib.
ABŞ yeni sanksiyalar paketini BMT Təhlükəsizlik Şurasına üzv olan ölkələrə təqdim edib və layihə 11 sentyabr tarixində səsverməyə çıxarılacaq.
Yeni layihəyə Şimali Korayaya neft embarqosunun tətbiqi, Kim Çen İnin xaricdəki sərvətinin dondurulması və səyahət qadağası, tekstil ixracatının və Şimali Koreya fəhlələrinin ölkədən kənarda işləməsinin qadağan edilməsi daxil edilib.
Yeni sanksiyaların qəbul edilməsi üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ABŞ, Rusiya, Çin, İngiltərə və Fransa veto hüququndan istifadə etməli və 15 üzvdən ən azı 9-unun səsvermədə lehinə səs verməsi lazımdır.
Amma Rusiya və Çin qanun layihəsinin əleyhinə səs verəcək. Putin yeni sankasiyaların işə yaramacağını bəyan etmişdi. Çin isə Şimali Koreyanın ən böyük ticarət müttəfiqidir./olke.az
7news.Az








