7NEWS.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, Suriyada çoxlu qeyri-müəyyənlik var və baş verəcəklərin açarı Türkiyədədir. Tramp, "Türkiyə böyük bir gücdür və Ərdoğan mənim çox yaxşı anlaşdığım birisidir. Ərdoğan çox ağıllı və sərt adamdır, böyük hərbi gücə malikdir" dedi.








