RU
Tramp Şvasneqqerlə eyni şouda olacaq
01:00
344

Tramp Şvasneqqerlə eyni şouda olacaq

ABŞ-ın yeni prezidenti seçilən Donald Tramp "The Celebrity Apprentice” realiti şousunun icraçı prodüseri olacaq. 

Ölkə başçısı seçilməsinə baxmayaraq, televiziyadakı işindən ayrılmağı düşünməyən Tramp fəaliyyətini prodüser kimi davam etdirməyi düşünür. 

NBC kanalında yayımlanacaq "Məşhurların şagirdi” adlı verilişə Kaliforniya ştatının keçmiş qubernatoru, Hollivud ulduzu Arnold Şvasneqqer aparıcılıq edəcək.  Donald Tramp şounun hər buraxılışı üçün 100 min maaş alacaq. 

Əvvəl şouya Trampın özü aparıcılıq edib, 2015-ci ildə isə o baş verən bir qalmaqala görə layihədən uzaqlaşdırılıb. Verilişin yeni buraxılışının ilk bölümü 2017-ci il yanvarın 2-də efirə gedəcək. Proqramda tanınmış simalar qonaq olacaq./axsam.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ