RU
Tramp ticarət müharibəsində Çin üçün yeni zərbə hazırladı
16:10
486

Tramp ticarət müharibəsində Çin üçün yeni zərbə hazırladı

ABŞ prezidenti Donald Tramp Çin şirkətlərinin ABŞ texnologiya sahəsinə investisiya yatırmasını qadağan etmək niyyətindədir. 

7news.Az xəbər verir ki, bununla bağlı "The Wall Street Journal” nəşri məlumat yayıb. 

Bundan başqa, texnoloji avadanlıqların Çinə idxalına da məhdudiyyətlər qoyula bilər. 

ABŞ Pekinin "Çində hazırlanıb – 2025” layihəsinə mane olmağa çalışır. Vaşinqtonun fikrincə, bu, Çin şirkətlərinə xarici rəqibləri üzərində ədalətsiz üstünlüklər verəcək. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ