RU
Tramp Ukraynada Çin sülhməramlılarının yerləşdirilməsini təklif edib - KİV
12:02
67

Tramp Ukraynada Çin sülhməramlılarının yerləşdirilməsini təklif edib - KİV

ABŞ prezidenti Donald Tramp ötən həftə Ağ Evdə avropalı siyasətçilərlə söhbətində münaqişənin həlli çərçivəsində Ukraynaya Çin sülhməramlılarının yerləşdirilməsini təklif edib.

Bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən xəbər verib.

Bildirilib ki, Çin sülhməramlıları ilə bağlı fikir Pekini Rusiya hərbi-sənaye kompleksinə kömək etməkdə ittiham edən Avropa ölkələri və Ukrayna arasında dəstək tapmayıb.

Tramp administrasiyasının yüksək rütbəli rəsmisi də öz növbəsində qəzetə verdiyi şərhdə Çin sülhməramlılarının Ukraynaya göndərilməsi ilə bağlı müzakirələr barədə xəbərləri yalan adlandırıb.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ