RU
Tramp Venesuela zəlzələsi ilə bağlı təcili yardım göstərişi verdi
12:30
31

Tramp Venesuela zəlzələsi ilə bağlı təcili yardım göstərişi verdi

ABŞ Prezidenti Donald Tramp Venesuelada baş verən güclü zəlzələlərdən sonra bütün federal qurumlara təcili yardım göstərilməsinə hazır olmaq göstərişi verib.

 Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib.

O, ölkədə baş verən təbii fəlakətin ciddi insan tələfatına səbəb olduğunu bildirib, ilkin məlumatları isə "məyusedici" kimi qiymətləndirib. Prezident ABŞ-ın Venesuela xalqına dəstək verməyə hazır olduğunu vurğulayıb.

ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, Moron və San Felipe şəhərləri yaxınlığında 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ qeydə alınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ