ABŞ Prezidenti Donald Tramp yalancı KİV-lərə səslənərək onun idarəçiliyinin 52 faiz amerikalı tərəfindən təsdiqləndiyini bəyan edib.
7News.Az xəbər verir ki, bunu Tramp özünün Tvitter səhifəsində paylaşıb.
O bildirib ki, onun imicinə xələl gətirməyə çalışan kütləvi informasiya vasitələri buna nail ola bilməyəcək: "Ali dövlət vəzifəsində mənim siyasətimi 52% amerikalı dəstəkləyir. Respublika Partiyasında 90 faiz, ölkə üzrə isə 52% dəstəkçim var”.
7News.Az








