RU
Tramp:
11:00
22

Tramp: "Zelenski razılaşmaya hazır olmalıdır"

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskinin Ukraynadakı münaqişəyə son qoymaq üçün razılaşmaya hazır olmasının vacibliyini bəyan edib.

Dövlət başçısının çıxışından TASS sitat gətirib.

"O, (Zelenski - red.) razılığa gəlməyə hazır olmalıdır. Bu, sondur. Həddindən artıq çox insan ölür. Bu, müharibədir və çoxlu insan ölür. Biz razılaşma əldə etməliyik", - Tramp Floridadakı mətbuat konfransında bildirib.

O qeyd edib ki, müqavilənin digər tərəfi Rusiya Federasiyası olmalıdır.

Trampın sözlərinə görə, o, Ukraynada nizamlanma üçün Putinlə əlaqə saxlamaq niyyətindədir.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ