ABŞ-ın Portland şəhərində (Oreqon ştatı) Donald Trampın prezident seçilməsinə qarşı etiraz aksiyaları iğtişaşlara çevrilib.
7News.Az "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, etirazçılar tikintidən götürdükləri daşlarla silahlanıblar. Onlar küçədə olan iaşə obyektlərinin və avtomobillərin şüşələrini sınıdırblar.

Polis etirazçılara qanunsuz aksiya təşkil edildiyini bildirib və onları dağılışmağa çağırıb. Bundan başqa yerli sakinlərə etiraz aksiyasının keçirildiyi ərazilərdən uzaq durmaq məsləhət görülür. Hələlik xəsarət alan və saxlanılanlar barədə məlumat yoxdur.









