RU
Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı yeni fakt: Cinayətkar Kennedinin öldürülməsini araşdırıb
15:10
27

Trampa qarşı sui-qəsd cəhdi ilə bağlı yeni fakt: Cinayətkar Kennedinin öldürülməsini araşdırıb

Donald Trampa qarşı sui-qəsd cəhdi edən atıcı Tomas Metyu Kruks 1963-cü ildə Dallasda Li Harvi Osvald tərəfindən Con Kennedinin öldürülməsi ilə bağlı internetdə axtarış edib.

Bu barədə 7News.Az MK.ru-ya istinadən bildirir.

ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey Nümayəndələr Palatasının Ədliyyə Komitəsi qarşısında verdiyi ifadədə istintaqın təfərrüatını açıqlayıb.

Onun sözlərinə görə, iyulun 6-dan bəri Tomas Metyu Kruks Tramp və onun mitinqi ilə bağlı ətraflı məlumat toplayıb.

O, "Google"da etdiyi axtarış zamanı bu sualı verib: "Osvald Kennedidən nə qədər məsafədə olub?"
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ