Rusiya siyasətinin ən qalmaqallı simalarından biri, Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski yenə maraqlı açıqlamaları ilə gündəmə gəlib.
7News.az-ın məlumatına görə, ABŞ-da sabah baş tutacaq prezident seçkilərini dəyərləndirən Jirinovski seçiciləri Donald Trampa səs verməyə çağırıb. Hillari Klintonun siyasətdən getməli olduğunu bildirən rusiyalı siyasətçi, onun dünya miqyasında sevilmədiyini iddia edib.
7News.az







