ABŞ-da prezident seçkilərinin ardından başlayan etiraz aksiyaları 45-ci prezident postuna yiyələnən Donald Trampı özündən çıxarıb.
Respublikaçı Tramp Barak Obama ilə Ağ evdə bir araya gəldikdən sonra "Twitter" hesabından paylaşdığı mesajda etirazçıları "insafsız" adlandırıb:
"Çox açıq və demokratik prezident seçkiləri keçirildi. İndi KİV tərəfindən küçələrə çıxarılan nümayişçilər etiraz aksiyaları keçirirlər. Çox ədalətsiz qərardır".
7News.az








