RU
Trampdan İŞİD-lə bağlı mühüm qərar
11:16
414

Trampdan İŞİD-lə bağlı mühüm qərar

ABŞ prezidenti Donald Tramp Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinə 30 gün ərzində İŞİD-in məhv edilməsinə dair plan hazırlamağı tapşırıb.

Bu barədə D.Trampın imzaladığı müvafiq fərmanda bildirilir.

Bundan əvvəl D.Trampın Pentaqona İŞİD-lə mübarizə üzrə koalisiya üçün yeni müttəfiqlərin müəyyənləşdirilməsinə dair göstəriş verib.

Qeyd edək ki, İŞİD-lə mübarizədə ABŞ-Rusiya əməkdaşlığının genişləndirilməsi məsələsi ötən gün Donald Tampla Vladimir Putin arasında baş tutmuş telefon danışığı zamanı əsas müzakirə mövzularından biri olub./apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ