ABŞ prezidenti Donald Tramp amerikalı diplomatları ölkədən çıxaran Rusiya hökumətinə təşəkkür edib.
Putinin yüzlərlə ABŞ diplomatını ölkədən çıxarmaq barədə qərarından sonra Tramp ilk dəfə məsələyə münasibət bildirib.
Nyu-Cersidə istirahət edən Tramp qolf klubunda jurnalistlərə müsahibə verib. Tramp deyib: "Putinə təşəkkür etmək istəyirəm. Biz də xərcləri azaltmağı planlaşdırırdıq".
ABŞ-ın Rusiyaya qarşı sanksiyalarına cavab olaraq diplomatların ölkədən çıxarılmasına münasibət bildirən ABŞ prezidenti deyib: "Onları geri qaytarmaq üçün real bir səbəb yoxdur. Xərcləri azalda biləcəyimiz üçün çox məmnunam. Çoxlu pul yığarıq"./olke.az
7news.Az








