ABŞ-ın yeni prezidenti seçilən Respublikaçıların namizədi Donald Tramp qələbə çıxış edir.
7News.az-ın məlumatına görə, hamıya təşəkkür edən Tramp çoxlu telefon zəngləri aldığını ifadə edib. Tramp, Klintonun da ona zəng edərək təbrik etdiyini qeyd edib.
Prezident seçilməsinin amerika xalqının qələbəsi olduğunu deyən Tramp, ölkədə yeni meqalayihələrin əsasını qoyacağını vurğulayıb. Dünyaya çağırış edən Tramp bəyan edib ki, o Amerikanın maraqlarını həmişə ön planda tutacaq. Trampın sözlərinə görə, ABŞ bütün ölkələrə qarşı ədalətli davranışlar sərgiləyəck və Vaşintqon hamıya qarşı eyni münasibət bəsləyəcək.
"Biz düşmənçiliyin deyil, dostluğun axtarışında olacağıq. Mən hamının prezidenti olacam".








