7NEWS.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkədə bacarıqlı immiqrantların işləməsinə icazə verən H1-B vizasını dəstəklədiyini açıqlayıb. Trampın bəyanatından sonra mühacirlərə iş vizasının verilməsi məsələsində respublikaçılar arasında fikir ayrılığı yaranıb. Tramp prezident kimi ilk müddətində xarici işçi vizalarına məhdudiyyətlər qoyub və sözügedən proqramı tənqid edib. ABŞ-ın yeni prezidenti də bu yaxınlarda ölkəsində təhsil alan tələbələrə Yaşıl Kart vəd edib.








