ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp inaqurasiya mərasimində rekord müəyyən etmək niyyətindədir.
Tramp tərəfdarlarını inauqurasiya mərasiminə dəvət edib.
"Ümid edirəm ki, tərəfdarlarım 20 yanvarda Vaşinqtona inaqurasiyaya gedəcək. Gəlin, mütləq rekord müəyyən edək”, - deyə Tramp "Twitter”dəki mikrobloqunda yazıb.
Polisin məlumatına görə, 2013-cü ildə prezident Barak Obamanın inaqurasiyası mərasimini 600 mindən 800 minə qədər insan izləyib.
7News.az








