Prezident Donald Tramp ABŞ-ın Əfqanıstandakı qoşunlarının komandanı Con Nikolsonun istefasını tələb edib.
Bu barədə NBC telekanalı xəbər verib.
"Biz Əfqanıstanda müharibədə məğlub oluruq. Buna görə qoşunların rəhbərliyində rotasiyaya ehtiyac var. Biz qalib gəlmirik, uduzuruq”, - deyə D.Tramp bildirib.
Məlumata əsasən, Tramp ABŞ-ın NATO üzrə müttəfiqlərinin fəaliyyəti ilə bağlı dərin narazılığını ifadə edib.
Qeyd edək ki, Əfqanıstanın Qəndəhar vilayətində "Taliban” silahlılarının NATO qüvvələrinin konvoyuna hücumu nəticəsində iki amerikalı hərbçi həlak olub./apa
7news.Az








