Dünən İranın dövlət televiziyası ABŞ Prezidenti Donald Trampın başına 80 milyon dollar məbləğində mükafat qoyulması barədə elan verib.
Bu barədə "Lenta.ru” və Britaniyanın "The Mirror” nəşrləri məlumat yayıb.
Qasım Süleymani
Belə ki, yanvarın 3-də general Qasım Süleymani ilə vida mərasiminin canlı yayımı zamanı aparıcı qeyd edib ki, 80 milyonluq İranın hər bir sakinindən bir dollar yığıb amerikalı lideri öldürəcək şəxsə vermək olar.
İran səfirliyi
Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Əli Musəvi bildirib ki, bu rəsmi məlumat deyil və şayiə xarakteri daşıyır.
"Bu dövlətin rəsmi mövqeyi deyil. Sadəcə bir nəfərin dilindən çıxmış ifadə ola bilər. Ciddi bir məsələ deyil. Şayiədir”.
7News.Az








