Britaniyanın iri bukmeyker idarələrindən biri olan "Ladbrokes” 4/1 (qoyulan hər funta görə 4 funt sterlinq uduş) qarşı iddiaları qəbul edirlər. İddialar isə Donlad Trampın cari ilin sonuna qədər prezident postunda qala bilməyəcəyindən ibarətdir.
7news.Az xəbər verir ki, bu barədə "Ladbrokes”in siyasət sahəsində iddialara cavabdeh olan bölməsinin rəhbəri Mettyu Şeddik çərşənbə günü məlumat yayıb.
Ağ Evin yeni sahibinin siyasi perspektivləri əsasında gəlir əldə etmək imkanını düşünənlərin sayı yüzlərlədir.
"Təəccüblüdür ki, 4/1 fərqi ilə çox sayda adam mərc gəlir ki, onu bu il dəyişəcəklər”, - Şeddik bildirib.
"Bununla yanaşı, 11/10 (qoyulan hər 10 funta qarşı 11 funt gəlir) fərqi ilə də variantlar populyardır. Burada mərc gələnlər onun ilk prezident müddətində impiçment elan ediləcəyi və ya istefa verəcəyi iddia edilir”, - deyə bukmeyker əlavə edib.
"Ladbrokes” 4/1 fərqi ilə Trampın prezident postunda iki müddət qalacağına, 5/2 fərqi ilə ABŞ prezidentinin Böyük Britaniyaya səfərinin ləğv ediləcəyinə dair iddiaları qəbul edir.
7news.Az








