RU
“Trampın bu qərarı ABŞ tarixində ilkdir” - Ciddi dəyişikliklər olacaq…
15:41
362

“Trampın bu qərarı ABŞ tarixində ilkdir” - Ciddi dəyişikliklər olacaq…

"Prezident Donald Trampın verdiyi qərar ABŞ tarixində bir ilkdir”.


Bunu politoloq Arzu Nağıyev ABŞ prezidenti Donald Trampın bütün səfirlərini geri çağırması ilə bağlı bəyanatını şərh edərkən deyib.

 

 

Onun sözlərinə görə, belə tezliklə verilən qərar Tramp administrasiyasının xarici siyasətə edəcəyi ciddi korrektədən xəbər verir: "ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın keçid qərargahı belə bir sərəncam verib. Həqiqətən də Trampın andiçmə mərasiminə qədər bütün xarici ölkələrdə olan səfirləri geri çağırıb. Belə bir qərar ABŞ tarixində birinci dəfə verilir. Hətta səfirlərə öz peşəkar və şəxsi işlərinə yekun vurmağa belə vaxt verilmir.

 

 

Əvvəllər, hətta tələbə və şagird övladları olan səfirlərə təhsil ili bitənə qədər vaxt verilirdi. Düşünürəm ki, belə tezliklə verilən qərar Tramp administrasiyasının xarici siyasətə edəcəyi ciddi korrektədən xəbər verir. Dünyada baş verən hadisələr buna vadar edir”.

 

 

Politoloq bildirib ki, eyni zamanda yeni təyin edilən dövlət katibi ilə də tanışlıq və ya təlimatlar almaq da bu prosedura daxil ola bilər: "Zənnimcə andiçmədən dərhal sonra ilk növbədə yeni səfirlərin təyinatları və ya yerdəyişmələr həyata keçiriləcək. Əsas məqsəd çevik bir siyasət aparmaqla müsbət dəyişikliklərə nail olmaqdır”.//bakipost.az

 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ