7NEWS.az xəbər verir ki, oval kabinetdə keçirdiyi mətbuat konfransı zamanı Trampın sağ əlində tünd qançırlar görünməsi onun səhhətini yenidən diqqət mərkəzinə çəkib. Ağ Ev ABŞ prezidenti Donald Trampın əlindəki son göyərmələrin tez-tez əl sıxması və onun standart ürək-damar ehtiyatları çərçivəsində istifadə etdiyi aspirindən qaynaqlandığını açıqlayıb.








