RU
Trampın komandasına kiberhücum – şəxsi məlumatlar sızdırıldı
12:30
37

Trampın komandasına kiberhücum – şəxsi məlumatlar sızdırıldı

ABŞ-ın yüksək vəzifəli rəsmilərinin şəxsi məlumatları internetə sızdırılıb.

7News.Az Musavat.com-a istinadən xəbər verir ki, bu sızmada milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts, Milli Kəşfiyyat Direktoru Talsi Qabbard və Pentaqon rəhbəri Pit Heqsetin telefon nömrələri və e-mail ünvanları ifşa olunub.

Mənbənin iddiasına görə, bu əlaqə vasitələri hələ də aktivdir və istifadə edilir.

Mütəxəssislər hadisənin Vaşinqtonun kiber təhlükəsizliyində ciddi boşluqlar yaratdığını bildirirlər.

Xatırladaq ki, bu hadisə jurnalistin təsadüfən husilərə qarşı hücumla bağlı çata qoşulmasından sonra baş verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ