RU
Trampın miqrasiya qadağaları Ermənistana aid deyil
13:01
283

Trampın miqrasiya qadağaları Ermənistana aid deyil

Prezident Donald Tramp yanvarın 27-də ABŞ-a yeddi müsəlman ölkəsinin Sudan, Yəmən, Liviya, Somali, İraq, İran və Suriya vətəndaşlarının girişinə qadağaya dair fərman imzalayıb. 

Ağ Evdə tədbirin beynəlxalq terrorizm ilə mübarizəyə və ABŞ-in sərhədlərinin təhlükəsizliyini qorumağa istiqamətləndiyi ilə izah ediblər. 

Trampın fərmanı ABŞ və digər ölkələrdə ictimai qınaq dalğasına səbəb olub. Prezidentin qərarı əsassız, utandırıcı, konstitusiyaya qarşı addım adlandırılıb. Vaşinqton ştatının baş prokuroru hətta Trampa qarşı məhkəmədə iddia da qaldırıb. 

7news.Az 1 news.az-a istinadən xəbər verir ki, jurnalist Aleks Novrastehin apardığı araşdırmaya görə, Trampın seçdiyi ölkələr ciddi terror təhlükəsi daşımır. 

O, 1975-2015-ci illər ərzində Amerika ərazisində terror aktları törədən və törətməyə cəhd edən müxtəlif ölkələrdə doğulan insanlara dair məlumatları müqayisə edib.

Nəticədə, ABŞ ərazisində terror aktı törədən 17 nəfərin məhz vətəndaşlarının ABŞ-a girişi məhdudlaşdırılan ölkələrdə doğulduğu aşkar olub. Xoşbəxtlikdən bu terror aktları zamanı heç kim ölməyib. 

Bundan başqa, Liviya və Suriya vətəndaşlarından heç kim bu dövrdə ABŞ ərazisində terror aktı törətməyə cəhd etməyib. 

1975-2015-ci illər ərzində ərazisində terrorçuların doğulduğu ölkələrin statistikası:

Ölkələr

Terrorçular

Qətllər

Terrorçular (%)

Qətllər (%)

İran

6

0

3,9%

0,0%

İraq

2

0

1,3%

0,0%

Liviya

0

0

0,0%

0,0%

Somali

2

0

1,3%

0,0%

Sudan

6

0

3,9%

0,0%

Suriya

0

0

0,0%

0,0%

Yəmən

1

0

0,6%

0,0%

Əfqanıstan

3

0

1,9%

0,0%

Əlcəzair

4

0

2,6%

0,0%

Ermənistan

6

1

3,9%

0,0%

"Digər ölkələrdə terror aktları zamanı ölənlər amerikalılar deyil, buna görə də bu, Amerika seçicilərini ABŞ-da törədilən terror aktları qədər narahat etmir”, - Aleks Novrasteh yazır. Amma müəllif bu qəbildən olan cinayətləri törədən xarici vətəndaşların adlarını siyahıdan çıxarıb. Belə ki, Trampın məqsədi digər ölkələrdə təhlükəsizliyi yüksəltmək və ya terrorizm ilə qlobal mübarizəni gücləndirmək deyil, Amerikanın böyüklüyünü bərpa etməkdir.

Müəllif qeyd edir ki, terrorizm yalnız ABŞ ərazisində törədilən terror aktları deyil. Bura həmçinin xarici terror təşkilatlarının maddi dəstəklənməsi, terror təşkilata qoşulmaq cəhdi, digər ölkələrdə terror aktının törədilməsi də aiddir. 

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ