ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton yaxın vaxtlarda Ermənistan və Azərbaycana səfər edəcək.
7News.Az xəbər verir ki, bununla bağlı "Sputnik Ermənistan” politoloq Suren Sarkisyana istinadla məlumat yayıb.
O bildirib ki, səfər müşavirin təşəbbüsü ilə həyata keçiriləcək.
"Vaşinqtonun nüfuzlu şəxslərindən biri iki həftədən sonra Rusiya, Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək. Bu, Ermənistan üçün ikitərəfli gündəliyə baxılmasında imkanlar yaradacaq”, - ekspert deyib.
Sarkisyan əmindir ki, erməni tərəfi "ciddi məsələləri” Bolton vasitəsilə həll etməyə qərar verib.
7News.Az








