RU
16:20
404

"Trampın prezident seçilməsi köhnə dünya nizamına son qoydu"

Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer Donald Trampın ABŞ prezidenti seçilməsinin bir epoxaya son qoyduğu qənaətindədir. 

Frank-Valter Ştaynmayer bunu "Bild am Sonntag" nəşrinə yazdığı məqaləsində qeyd edib. 

Almaniya xarici işlər naziri bildirib ki, D. Trampın prezident seçilməsi ilə XX əsrin köhnə dünyası nəhayət, keçmişdə qaldı: "XXI əsrdə dünya nizamına baxışın necə olacaq, dünyanın sabah necə görünəcəyi hələ müəyyənləşdirilməyib. Bu sual açıq qalır. Dünya ictimaiyyəti təlatümlərə, o cümlədən hakim rejimlərin dəyişməsinə hazır olmalıdır".   
 
Frank-Valter Ştaynmayer məqaləsində rəsmi Berlinin ABŞ-ın yeni administrasiyası ilə dialoqa can atacağını, öz mövqeyi, dəyərləri və maraqlarını çatdıracağını vurğulayıb.
 
Qeyd edək ki, xarici işlər naziri postunu tərk etməyə hazırlaşan Frank-Valter Ştaynmayer Almaniyada prezidentliyə ən real namizəddir. Onun namizədliyini xristian demokratlar, sosialistlər dəstəkləyir./apa
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ