RU
Trampın qızı olduğunu iddia edən türk qadın ABŞ səfirliyinə müraciət etdi
12:08
26

Trampın qızı olduğunu iddia edən türk qadın ABŞ səfirliyinə müraciət etdi

Özünün Donald Trampın bioloji övladı olduğunu iddia edən Türkiyə vətəndaşı Necla Özmen ABŞ səfirliyinə müraciət ünvanlayıb.

Bu barədə "A Haber" portalı xəbər verir.

Məlumata görə, Necla Özmen məktubunda ABŞ prezidentinin NATO sammiti ilə əlaqədar Ankaraya gözlənilən səfəri çərçivəsində onunla bir araya gəlmək istəyini ifadə edib.

Onun sözlərinə görə, o, Trampın Türkiyəyə səfəri zamanı onunla şəxsən danışmaq, onu narahat edən suallara cavab tapmaq, xüsusilə də, prezidentin onun mövcudluğundan xəbərdar olub-olmadığını öyrənmək niyyətindədir.

Özmen, həmçinin ABŞ dövlət başçısına xüsusi olaraq dolma, paxlava və türk qəhvəsi təqdim etmək arzusunda olduğunu da diqqətə çatdırıb.

Hələ 2021-ci ildə 56 yaşı olan Necla Özmen məhkəməyə müraciət edərək atalığın müəyyənləşdirilməsini tələb etmiş və Trampın əsl atası olduğunu irəli sürmüşdü. O qeyd edib ki, anası gəncliyində xarici səfərdə olarkən amerikalı iş adamı ilə münasibət qurub, lakin baş verənləri illərlə sirr kimi saxlayıb.

DNT testinin aparılmasında israrlı olan Özmen heç bir maliyyə marağının olmadığını xüsusi vurğulayır. O, sadəcə olaraq öz köklərini dərk etmək və Donald Trampla şəxsən tanış olmaq məqsədi güddüyünü bəyan edib.

Xatırladaq ki, Şimali Atlantika Alyansının (NATO) Ankaradakı sammitinin 7-8 iyul tarixlərində keçirilməsi nəzərdə tutulur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ