ABŞ-ın Luiziana ştatının vitse-qubernatoru Billi Nanqesser etdiyi hərəkətlə gündəmə gəlib.
RİA Novosti xəbər verir ki, ABŞ prezidentinin ştata səfəri zamanı o Donald Trampın qarşısına qeyri-adi görkəmdə gəlib. O ayağına üzərinə Trampın şəkli vurulmuş corab geyib və bunu dövlət başçısına nümayiş etdirib. Tramp bunu təbəssümlə qarşılayıb.
Prezidentlə görüşdən çəkilən fotonu Nanqesser tvitter hesabından paylaşıb.
Vitse-qubernatorun corabları "Amazon” saytında 27,49 dollara satılır. /Oxu.az
7News.Az









