RU
Trampın taxta heykəlini arvadının vətənində yandırdılar – FOTO
11:20
276

Trampın taxta heykəlini arvadının vətənində yandırdılar – FOTO

ABŞ prezidenti Donald Trampın taxtadan düzəldilən heykəlini həyat yoldaşı Melanyanın vətəni – Sloveniyada yandırıblar.

 8 metr hündürlüyü olan heykəl ötən il kənd ərazisində ucaldılıb.

Tramp göy kostyumda təsvir olunub, heykəlin ağzı isə açılıb-bağlanan olub.

Turistlərin marağına baxmayaraq kənd sakinlərinin bir çoxu heykəlin qoyulmasına etiraz bildirib.  

Hazırda yerli polis yanğını törədənləri axtarır.

 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ