RU
Trampın terrorçu
14:00
505

Trampın terrorçu "aşiq"i tutuldu - VİDEO - FOTO

ABŞ-ın məşhur siyasətçilərinə, o cümlədən sabiq prezident Barak Obamaya içində partladıcı maddələr olan baratlar yollamış şəxs Florida ştatında tutulub.

O, 56 yaşlı Sezar Altye Sayokdur.

7News.Az Daily Mail-ə istinadən bildirir ki, ABŞ prezidenti Donald Trampın fanatik tərəfdarı olan Sayok onun "sevimli dövlət başçısı"nı tənqid edənləri belə "cəzalandırmaq" qərarına gəlibmiş.

ABŞ Respublikaçılar Partiyasının üzvü olan Sayok əvvəllər Nyu-Yorkda yaşayıb, sonra Florida ştatındakı Aventura şəhərinə köçüb. O, əvvəllər də terror hədələrinə görə dəfələrlə saxlanılıbmış.

Sayok Fort-Loderdeyl şəhərinin yaxınlığındakı kiçik Planteyşen şəhərində, "AutoZone" dükanının avtomobil dayanacağında yaxalanıb.

Sezar Altye Sayok barnatları Maymmi-Deyd bölgəsindəki Opa-Loka şəhərində yerləşən poçt xidməti vasitəsilə yollayıb.

Sayokun yolladığı 13 baratın çoxu hələ də tapılmayıb.

ABŞ prezidenti Donald Tramp partladıcı baratlar yollamış Sayokun həbsini Ağ Evdə şərh edərkən deyib: "Siyasi zorakılığa yol verməyəcəyəm və belə halların qarşısını alacağam. Belə əməllər iyrəncdir və onlara ölkəmizdə yer yoxdur".

Filippinli mühacirlərin ailəsində doğulmuş Sayoku içində partladıcı maddələr olan baratları sabiq prezident Bill Klintona, keçmiş dövlət katibi Hillari Klintona, sabiq prezident Barak Obamaya və onun xanımı Mişel Obamaya, sabiq baş prokuror Erik Hodlerə, sabiq MKİ direktoru Con Brennana, milyarder Corc Sorosa, habelə CNN telekanalının Nyu-Yorka redaksiyasına, sabiq vitse-prezident Cozef Baydenə, aktyor Robert De Niroya, konqresmenlər Debbi Vasserman-Şults və Maksin Uotersə, senator Kori Bukerə yollamışdı.

7News.Az

Terrorçu

Trampın terrorçu

Trampın terrorçu

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ