ABŞ prezidenti Donald Trampın "Twitter" hesabı şirkətin bazar dəyərini 2 milyard dollar artırır.
Bu barədə "Monness Crespi Hardt & Co." şirkətinin analitiki Cems Kakmak bildirib.
Məlumata əsasən, Tramp bəyanatlarını "Twitter" hesabında yaymağı dayandırdığı halda, şirkətin itkiləri saytın ümumi dəyərinin 20 faizi qədər təşkil edə bilər.
Qeyd edək ki, Donald Trampın "Twitter" hesabının 36,2 milyon oxucusu var. Tramp "Twitter"də qeydiyyatdan keçdiyi vaxtdan (2009-cu il) 35,6 minə yaxın məlumat dərc edib./trend
7news.Az








