ABŞ prezidenti Donald Trampın vəkili Rudi Culiani pornoaktrisa Stormi Denielsə (Stefani Klifford) 130 min dollar məbləğində pul ödənilməsinin qanuni olduğunu bildirib.
7news.Az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Fox News məlumat yayıb.
"ABŞ prezidenti seçkiqabağı təşviqat kampaniyasını maliyyələşdirmə qanununu pozmayıb”, - deyə Culiani bildirib.
Onun sözlərinə görə, söhbət seçkiqabağı təbliğata ayrılan vəsaitdən gedir və Tramp "bunu tam ödəyib”.
7news.Az








