RU
Trampın xarici ölkə lideri ilə ilk görüşü
11:00
556

Trampın xarici ölkə lideri ilə ilk görüşü

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilk dəfə xarici ölkə lideri ilə görüş keçirib.

 

7News.Az TASS-a istinadən xəbər verir ki, Donald Tramp noyabrın 17-də Nyu-Yorkda Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşüb.

Görüşdə müzakirə olunmuş mövzular barədə məlumat açıqlanmır. 

Görüşdən sonra Abe gələcəkdə Trampla etibarlı əlaqələr qura biləcəyini vurğulayıb: "Biz səmimi mühitdə çox məzmunlu danışıqlar apardıq. Mən bir çox məsələlər üzrə Yaponiyanın mövqeyini açıqladım. Əminəm ki, biz ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla etibarlı əlaqələr qura biləcəyik”, - deyə Abe bildirib. 

Yaponiya lideri görüşün detallarını açıqlamayıb. Abe görüşün qeyri-rəsmi olduğunu qeyd edib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ