RU
Trampla görüş ərəfəsində Ina bəd xəbər
13:00
290

Trampla görüş ərəfəsində Ina bəd xəbər

Vyetnamda ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında sayca ikinci görüşə sayılı saatların qaldığı bir vaxtda BMT-nin Təhlükəsizlik Şurasının sanksiya  komitəsinin Şimali Koreya ilə bağlı mənfi rəyli hesabat hazırladığı xəbəri yayılıb.

Telekanalın məlumatına görə, hesabat layihəsində Şimali Koreyanın beynəlxalq sanskiyalardan yayınmaq məqsədilə müxtəlif mürəkkəb texnologiyalardan istifadə etdiyi bildirilir.

İddia edilir ki, Şimali Koreya beynəlxalq məhdudiyyətlərə rəğmən, Suriyaya silah-sursat satmaqla gəlirlərini artırır.

67 səhifəlik hesabat layihəsinin BMT Təhlükəsizlik Şurasının sanksiya komitəsinin ekspertləri tərəfindən hazırlandığı və yanvarın sonundan etibarən məzmunla tanışlıq məqsədilə nüsxələrinin komitə üzvlərinə təqdim edildiyi bildirilir.

Hesabatın mart ayının əvvəlində ictimailəşdiriləcəyi gözlənilir.

ABŞ və KXDR liderləri arasında sayca ikinci görüş 27-28 fevral tarixlərində Hanoy şəhərində keçiriləcək. Bundan əvvəl onlar ötən ilin iyun ayında Sinqapurda bir araya gəlmişdi.

Tramp və In Koreya yarımadasının nüvəsizləşdirilməsi və ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində Sinqapurda əldə olunmuş razılaşmalar əsasında növbəti addımları müzakirə etmək niyyətindədir.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ