RU
Trampla Putinin çoxillik əlaqələri və 30 illik gizli müharibə - “Aktiv tədbirlər”
12:00
422

Trampla Putinin çoxillik əlaqələri və 30 illik gizli müharibə - “Aktiv tədbirlər”

ABŞ-da Rusiya prezidenti Vladimir Putinin Amerika lideri Donald Trampa təsiri haqqında sənədli film çəkilib.

7news.Az xəbər verir ki, bu haqda "Variety” nəşri yazıb.

ABŞ-da avqustun 31-də prokata çıxarılacaq "Aktiv tədbirlər” sənədli filmində Rusiya və ABŞ prezidentlərinin çoxillik əlaqəsindən bəhs ediləcək. Qeyd edilir ki, filmdə həmçinin 2016-cı ildə Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə üzrə faktlardan danışılacaq.

Filmin rejissoru Cek Brayanın sözlərinə görə, Rusiya lideri artıq 30 ildir kiberhücumlar, təbliğat və korrupsiyanın köməyi ilə gizli siyasi müharibə aparır.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ