RU
“TÜRK DÜNYASI KEÇMİŞDƏN GƏLƏCƏYƏ, MƏNƏVİ  İRSİMİZ VƏ  VƏZİFƏLƏRİMİZ” mövzusunda dəyirmi masa keçirilib - FOTOLAR
14:15
1040

“TÜRK DÜNYASI KEÇMİŞDƏN GƏLƏCƏYƏ, MƏNƏVİ İRSİMİZ VƏ VƏZİFƏLƏRİMİZ” mövzusunda dəyirmi masa keçirilib - FOTOLAR

Noyabrın 1-də Abşeron rayon Xırdalan şəhər 10 nömrəli orta məktəbdə "Türk dünyası keçmişdən gələcəyə,mənəvi irsimiz və vəzifələrimiz”mövzusunda dəyirmi masa keçirilib.

 

Qeyd edək ki, tədbiri məktəbin tarix müəllimi Səfərova Səkinə təşkil edib. Tədbir Azərbaycanın dövlət himni və Bəxtiyar Vahabzadənin "Mən Türkəm”şeri ilə başladı.

ƏSLİMİ,NƏSLİMİ TANIYIRAM MƏN

QARIŞIQ DEYİLƏM,ÖZÜMDƏN HÜRKƏM

SƏN KİMSƏN,SƏN NƏSƏN,ÖZÜN BİLƏRSƏN

MƏN İLK QAYNAGIMDAN TÜRK OGLU TÜRKƏM.

Tədbirdə məktəbin 10-cu,6-cı,5-ci sinif şagirdləri iştirak etdilər.Tədbirdə türk dünyasının keçmişdən gələcəyə yola saldıgı türk hökmdarlarını,onların fəaliyyətini şagirdlərin agzından bir daha dinlədik.6-cı və 5-ci sinif şagirdlərinin ifasında İldırım Bəyazid və Əmir Teymurun Fatehlərin Divanında qarşılaşması səhnəciyi çox maraqlı idi .

Türk dünyası dedikdə - böyük bir cahan canlanır gözümüzün önündə. Türk dünyası dedikdə - mərd, vətənpərvər, igid və səxavətli olan xalqlar anılır. Türk dünyası dedikdə - sonsuz və ucsuz-bucaqsız bərəkətli torpaqlar, min-bir naz nemətli ellər, obalar, sərvəti dillərə dastan olmuş böyük bir Vətən xatırlanır. Türklərin sayı 210 milyondan çoxdur.Türklərin qədim vətəni Mərkəzi Asiya olmuşdur. Türklər haqqında ilk qədim və etibarlı mənbə Çin mənbələri sayılır.

Türk dünyasının bir parçası olan Azərbaycan xalqının ən agrılı ,ən faciəli müqaviləsi—Türkmənçay müqaviləsi ilə Azərbaycan 2 hissəyə parçalandı.2 qardaşı bir-birinə həsrət qoydular.Səfərova Mədinə və Əlipur Selcanin ifasında Sen osan,mən də buyam şeri çox təsirləndirdi bizi.

Sonda məktəbin direktoru Elnarə Həsənova çıxış edərək tədbir haqqında məlumat verdi.












BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ