RU
TÜRKİYƏ MİLLİSİNDƏ
19:01
1459

TÜRKİYƏ MİLLİSİNDƏ "ATIŞMA": TERİMLƏ ARDA AĞLADILAR

İtaliya yığmasının İrlandiyaya məğlub olmasından sonra Türkiyə millisinin AÇ-də mübarizəni davam etdirmək şansı qalmadı.

7News.Az apasport.az-a istinadən xəbər verir ki, D qrupunun üçüncüsü "ay-ulduzlular" turnirlə erkən vidalaşmalı oldular. Türkiyə millisinin baş məşqçisi Fatih Terim dünən İtaliya - İrlandiya matçını yetirmələri ilə birlikdə oteldə izləyib. Robbi Bredinin 85-ci dəqiqə vurduğu qoldan sonra "İmperator" göz yaşlarını saxlaya bilməyib. Terim yetirmələrini qucaqlayaraq, ağlayıb. Baş məşqçinin "Sizin canınız sağ olsun" cümləsi futbolçuları da ağladıb. Türklər Fransanı tərk edənə qədər komandadaxili iclas keçirilib. Futbolçuları toplantı otağına çağıran Terim ilk sözü hücumçu Burak Yılmaza verib. Karyerasını Çində davam etdirən Burak: "Çirkin iddialarla qarşı-qarşıyayıq. Amma heç kim bizi müdafiə etmir. Hər kəs futbolçuları günahlandırır", - deyib. Yılmazın bu sözlərinə bir çox komanda yoldaşı dəstək çıxıb. Ardınca Caner Erkin danışmağa başlayıb. "Fənərbağça"nı "İnter"ə dəyişən müdafiəçi "Hər kəs bizdən üz çevirdi" cümləsini işlədərək, məşqçilər korpusuna söz atıb. Onun bu danışığı ortalığı qarışdırıb. Belə ki, Terimin köməkçilərindən olan Tümər Mətin: "Əslində, bəziləriniz komandaya üz çevirdi", - deyərək, Canerin cavabını verib. Sabiq "Fənər"lilərin arasındakı söz davası Terimin müdaxiləsindən sonra yekunlaşıb. Daha sonra isə Hakan Çalhanoğlu ilə Oğuzhan Özyakup arasında narazılıq yaranıb. Onlar bir-birlərini ötürmə verməməkdə günahlandırıblar. Digər futbolçular da bu mübahisəyə girişincə ortalıq yenidən qarışıb. İclasın sonunda isə Terim üzünü Arda Turana tutaraq: "Kapitan, söz səndədir, danış görək", - deyib. "Barselona"nın futbolçusu özünün tənqid olunmasından çox, sosial şəbəkədə ailəsinin təhqir edilməsinə etirazını bildirib. O danışarkən göz yaşlarını saxlaya bilməyib. Arda ilə yanaşı, şəxsi həyatında problemlər yaşayan Burak Yılmaz da ağlayıb. İclasda son sözü isə Terim deyib. 63 yaşlı çalışdırıcı: "Biz buraya gələnə qədər çox əzab çəkdik, burada da çəkməyə davam etdik", - deyərək, nitqini bitirib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ