RU
“Tropikanka” restoranında adam öldü
20:18
5705

“Tropikanka” restoranında adam öldü

Bakıda restoranda ölüm hadisəsi baş verib.

7news.Az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsində yerləşən “Tropikanka” restoranında qeydə alınıb.

Orada istirahət edən 1968-ci il təvəllüdlü Eldar Hacıbala oğlu Səfərəliyev qəfildən vəfat edib. Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertiza təyin olunub.

İlkin ehtimala görə, E.Səfərəliyev ürək tutmasından ölüb.

Faktla bağlı araşdırma aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ