RU
“Troya” gecə klubunda ölümlə nəticələnən davanın
17:34
3484

“Troya” gecə klubunda ölümlə nəticələnən davanın

Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini, 1983-cü il təv. Zaur Abdullayevin CM-nin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 127.1 (qəsdən sağlamlığa ağır zərər vurma), 228.4 (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə), 1990-cı il təv. Rəşad Qubuşovun və 1983-cü il təv.Turan Kubuşovun CM-nin 221.3 (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəlləri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.

7news.az xəbər verir ki, 2013-cü il avqustun 18-nə keçən gecə saat 03 radələrində Xəqani küçəsi 14/16 ünvanında fəaliyyət  göstərən “Troya” gecə klubunda kütləvi dava baş verib, nəticədə xəsarət alan Bakı ş. sakinləri, 1990-cı il təv. Səbuhi Şərəfov və 1988-ci il təv. Orxan Cümşüdov xəstəxanaya çatdırılsalar da, Şərəfov aldığı bıçaq xəsarətlərindən vəfat edib. Həmin gün Səbail RPİ 39-cu polis bölməsi əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Zaur Abdullayev saxlanılıb. Faktla bağlı Səbail rayon prokurorluğunda cinayət işi qaldırılıb, səhərisi gün iş istintaqın davam etdirilməsi üçün Bakı şəhər prokurorluğuna göndərilib. İstintaqın gedişatında xuliqanlıq hərəkətlərinə görə cinayət məsuliyyətinə Turan Kubuşov və onun əmisioğlu Rəşad cəlb olunublar, lakin onların barələrində məhkəmənin qərarı ilə həbs-qəti imkan tədbiri seçilməyib. 

İstintaqla müəyyən edilib ki, Zaur Abdullayev "Troya" klubunda mühafizəçi işləyib, onunla Səbuhi Səfərov arasında əvvəl bir neçə dəfə mübahisə olub. Buna kluba gələn Səfərovun özünü pis aparması səbəb və Abdullayevin onu həmin obyektdən çölə çıxarması səbəb olub. Buna görə Səbuhi Zaurdan qisasa almaq qərarına qələrək avqustun 18-də Rəşad və Turanla həmin kluba gəlib. Zaur Səbuhi ilə əlbəyaxa olan zaman, qəsdən öldürmək məqsədi ilə əlində olan bıçaqla, qaraciyər nahiyyəsindən güclü zərbə vuraraq Şərəfovu ağır yaralayıb, nəticədə sonuncu "Medi Club" tibb mərkəzində xarici və daxili kütləvi qanitirmədən vəfat edib. Öz növbələrində Rəşad Qubuşov və Turan Kubuşov xeyli sayda insanın istirahət etdiyi zala daxil olduqdan sonra, vətəndaşların üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri ediblər. Turan zalın girişində dayanmış Zaura hücum edərək, sol əli ilə vurub onu yerə yıxıb, Rəşad isə yumruqla, habelə özü ilə gətirdiyi bıçaqdan istifadə etməklə ona, sağlamlığa yüngül zərər vuran xəsarət yetirib. Onların hər ikisini kənarlaşdırmağa çalışan klubun işçilərinə məhəl qoymadan birlikdə Abdullayevin üzərinə getməklə, bir qrup şəxs halında qərəzli xuliqanlıq cinayətini törədiblər.

Məhkəmə prosesində Zaur Abdullayev ittiham üzrə özünü qismən təqsirli bilərək, "Troya" barında mühafizəçi işlədiyini bildirib. Onun sözlərinə görə, hadisədən sonra bara polislər gəlib, o isə avtomaşını ilə evə gedib, bir qədər yatıb, çünki özünü pis hiss edib. Səhər ona məlum olub ki, bıçaqla vurduğu Səbuhi xəstəxanada keçinib.Polisdə işləyən Nicat adlı dostuna zəhg edib, hadisəni ona danışıb və xahiş edib ki, birlikdə polis bölməsinə getsinlər. Nicat isə, ona hazırda Quba rayonunda olduğunu, lakin iş yoldaşlarına zəng edərək, onu qarşılayacaqlarını deyib. Sonra o 39-cu bölməyə yoolanıb və bölmə rəisi onu qəbul edib. Abdullayev göstərib ki, maşınında bıçaq olsa da, kəsici aləti özü ilə 
bara gətirməyib. Dava vaxtı Səbuhini vurduğu bıçağı barda yerdən tapıb, ona ələ gəlib ki, alət Şərəfovun əlindən düşüb. Həmin bıçağı evə qayıdanda Novxanıda, dəniz kənarına atıb. Etdiyi əməldən peşman olmasını qeyd edib. Təqsirləndirilən Rəşad Qubuşov və Turan Kubuşov ittiham üzrə özlərini qismən təqsirli hesab ediblər.  

Zərərçəkən Eldar Şərəfov ifadəsində göstərib ki, oğlu restoranda ofisiant işləyib, Rəşadı onun dostu kimi tanıyıb, Səbuhinin Zaurla hər hansı ədavəti olmasından xəbəri olmayıb. Ayın 18-də klinikadan zəng edən xanım Səbuhinin özünü pis hiss etməsini bildirilib. Ora gəldikdə bilib ki, oğlu əməliyyat olunub və ona təcili qan lazımdır. Axşama yaxın başqa xəstəxanadan lazım olan qanı tapıb gətiriblər, buna baxmayaraq həkim onlara Səbuhinin rəhmətə getdiyini bildirib. Zərərşəkən təqsirləndirilən şəxsin düzgün iş görmədiyini qeyd etməklə, vurğulayıb ki, əgər o səmimi etiraf etsəydi ki, oğlunu o vurub, onu bağışlayardı.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Abdullayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, Rəşad Qubuşov və Turan Kubuşov isə məhkəmə zalında həbs olunaraq hər biri 3 il müddətinə azadlıqdan məhrum ediliblər. 

İş üzrə dövlət ittihamçısı apellyasiya protesti, təqsirləndirilən şəxslər isə apellyasiya şikayətləri veriblər. 

Bakı Apellyasiya Məhkəməsi cinayət işini araşdıraraq birinci instansiya məhkəməsi hökmünün dəyişdirilməsi barədə qərar qəbul edib. Qərara əsasən Z.Abdullayevin əməli CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib, CM-nin 127.1 və 228.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad olunub və ona 10 il cəza təyin olunub. Turan Kubuşovun əməli CM-nin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsinə tövsif edilib, onun cəzası 2 il islah işləri cəzası ilə əvəz olunub, Rəşad Qubuşova aid hissədə hökm dəyişdirilmədən saxlanılı.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ