RU
TRT-1-in Azərbaycanda yayımı bərpa olunur
18:33
461

TRT-1-in Azərbaycanda yayımı bərpa olunur

Türkiyənin TRT-1 telekanalının Azərbaycanda yayımı bərpa oluna bilər.

TRT-nin Bakı nümayəndəliyindən verilən məlumata görə, telekanalın gələn ilin yanvar ayında rəqəmsal yayımı gözlənilir: "Hazırda danışıqlar aparılır, müvafiq sənədlərin imzalanacağı gözlənilir".

Qeyd edək, rəqəmli yayımla bağlı müqaviləsi olmadığına görə noyabrın 1-dən TRT-1-in Azərbaycanda yayımı dayandırılıb.

Xatırladaq ki, noyabrın 1-dən etibarən Bakı şəhəri və Abşeron yarımadasında, dekabrın 1-i, 10-u və 20-si isə bölgələrdə analoq TV yayımı dayandırılıb.//publika.az

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ