RU
Trump Administrasiyasından sürpriz deportasiya qərarları: ABŞ vətəndaşları da göndərildi
13:20
39

Trump Administrasiyasından sürpriz deportasiya qərarları: ABŞ vətəndaşları da göndərildi

ABŞ-nin keçmiş prezidenti Donald Trampın vəzifəyə qayıtması ilə Bayden dövründə tətbiq edilən bəzi immiqrasiya siyasətləri sürətlə geri çəkilməyə başlayıb.
 
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, təxminən 900,000 insana təsir edən CBP One adlı müvəqqəti hüquqi statusun səssizcə ləğvi ilə həm immiqrantlar, həm də bəzi Amerika vətəndaşları deportasiya riski altındadır.
 
Vətəndaşlara göndərilən e-poçtlarda bəzi insanlara dərhal ölkəni tərk etmələri, digərlərinə isə 7 gün vaxt verildiyi bildirilir.
 
Bildirildi ki, sistemdə ABŞ vətəndaşlarının əlaqə məlumatlarını verən bəzi immiqrant məsləhətçilərinə də səhvən bildirişlər göndərilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ