Gəncədə "Qan ver, yaşat!" devizi ilə qanvermə aksiyası keçirlib. Cənubi Qafqazın ilk xəbər kanalı - TTV-nin Azərbaycan Aqrar Universiteti ilə birgə reallaşdırdığı kampaniyanın məqsədi talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkənlərə yardım etməkdir. Daim bu problemi işıqlandıran və maarifləndirici sujetlər, verilişlər, məqalələr hazırlayıb tamaşaçılara təqdim edən TTV əməkdaşları bu dəfə özləri humanitar aksiyanın iştirakçısı oldular. Qanın nə qədər həyati əhəmiyyət kəsb etdiyini dərindən başa düşən şirkətin əməkdaşları bu aksiyada fəallıq nümayiş etdirdilər.
Mərkəzi Qan Bankının Gəncə bölməsində "Qan ver, yaşat!" devizi ilə qanvermə aksiyası keçirilib. Cənubi Qafqazın ilk xəbər kanalı - TTV-nin Azərbaycan Aqrar Universiteti ilə birgə reallaşan kampaniyada 50-dən çox adam iştirak edib.
Hər iki qurumun təşkilatçılığı ilə reallaşan aksiyada məqsəd hemofiliya və talassemiyadan əziyyət çəkənlərə təmənnasız yardım etməkdir. Qanvermə səhər saatlarından başlayıb. TTV-nin baş direktoru Nadir Şəfiyev aksiyanın ilk iştirakçısı olub.
TTV-nin təşkil etdiyi humanitar aksiyada kanalın əməkdaşları da fəal iştirak edib. Onlar bu aksiyanın həm təşəbbüskarı, həm də iştirakçısıdır. Hər zaman bu qəbildən olan tədbirləri işıqlandıran, tamaşaçılara maarifləndirici sujetlər və sosial çarxlar hazırlayan TTV kollektivi bu dəfə özləri belə bir humanitar layihənin iştirakçısı olublar. Humanitar layihədə Aqrar Universitetinin müəllim və tələbə heyəti də aktiv iştirak edib.
Hemofiliya və talassemiya bütün dünyada, o cümlədən Azərbaycanda geniş yayılan irsi qan xəstəliyidir. Hər il 40-60 yeni xəstə qeydiyyata alınır. Hazırda dünyada 300 mindən çox hemofiliyalı xəstə var. Azərbaycanda bu xəstəlikdən 1500 insan əziyyət çəkir. Müalicə düzgün və davamlı aparılarsa, bu xəstələr 50 il və daha çox yaşaya bilərlər. Bunun üçün isə qan lazımdır.
TTV və Azərbaycan Aqrar Universitetinin birgə layihəsi olan "Qan ver, yaşat!" aksiyası bundan sonra da davam etdiriləcək.
7news.az








