RU
09:06
461

"Tu-154" təyyarəsinin "qara qutu"su tapıldı

Dalğıclar Rusiyanın Qara dənizdə qəzaya uğramış "Tu-154" təyyarəsinin "qara qutu"sunu tapıblar.

Bu barədə "TASS" agentliyi güc strukturundakı mənbəyə istinadən xəbər verib.

"Təyyarənin kabinəsinin altında axtarış işlərinin gedişatında bir qara yeşik aşkar edilib. Yaxın vaxtlarda o sudan çıxardılacaq", - deyə mənbə bildirib.

Mənbə həmçinin bildirib ki, həlak olmuş 3 şəxsin cəsədi və böyük miqdarda cəsəd qalıqları da qəzanın baş verdiyi ərazidə aşkar edilib./report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ