Xilasedicilər Qara dənizdə, Rusiyanın "Tu-154" təyyarəsinin qəzaya uğradığı yerdə daha 3 nəfərin meyitini tapıblar.
Beləliklə, tapılan meyitlərin sayı 15-ə çatıb.
Axtarış işlərinə 45 gəmi, 192 dalğıc, 12 təyyarə və 5 vertolyot cəlb olunub.
Qeyd edək ki, "Tu-154" dekabrın 25-də Qara dəniz üzərində qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində 92 nəfər, o cümlədən Aleksandrov ansamblının artistləri və 9 telejurnalist olub.//trend
7News.az












