Hindistanda açıq havada tualetə getmək vərdişlərinin aradan qaldırılması üçün tualetini tualetdə edən uşaqlara pul veriləcək.
Hindistanda əhalinin yarıdan çoxu, təqribən 590 milyondan çox insan böyük tualetlərini çöllərdə edir. Hindlilərin çoxu üçün bu günlük bir adətdir və ümumi tualetlərə getmək imkanı olsa belə onlar çölü seçirlər. Ölkədə başladılan yeni proqram isə bu vərdişi dəyişdirmək və normal tualet vərdişlərini qazandırmaq üçün uşaqlara pul verməyi məqsəd qoyublar.
Məqsəd irəli sürülmüş layihə ilə ishal kimi xəstəliklərdən hər il 200 min uşağın öldüyü ölkədəki vəziyyətin düzəldilməsidir. Ahmedabadın Çandoliya adlı məhəlləsində yaşayanların çoxu böyük tualetlərini dəmiryolu xətlərinə edir.
Qucarat Hıfzısıhha İnkişaf Təşkilatından Anil Prajapati “ümumi tualetlər də inşa etdik, amma hələ də istifadə etmirlər. Bəziləri tualetlərdə cadugərlərin olduğuna, uşaqlarının qaçırılacağına inanır. Bu insanlar kiçik kəndlərdən gəlir. Bir sözlə, onların tualet vərdişləri yoxdur” deyir.
Açıq sahələrə böyük tualet edildiyi zaman ağcaqanadlar nəcislə qidalanırlar. Nəsicin üzərində oturan milçək və ya ağcaqanad daha sonra onu özü ilə birlikdə daşıyır və qidalara təmas edirlər. İnsan nəcisi bundan başqa quyuları, arx və təmiz suları çirkləndirərək bəzi epidemiyaların yaranmasına səbəb olurlar.
İnsan nəcisi ilə yaranmış xəstəlik 5 yaşdan balaca uşaqların inkişafına əngəl törədir. Bu səbəblə Ahmedabad bələdiyyəsinin nümayəndələri kənd sakinlərini tualetdən istifadə etmələri üçün hərəkətə keçib.
“320 ümumi tualetimiz var və bunların 143-ü pulsuzdur. Bəzi uşaqların ümumi tualetlərin qarşısında bayıra çıxdıqlarını gördük. Ona görə də bu proqramı başlatdıq. Tualetdən istifadəyə təşviq etmək üçün uşaqlara bir rupi (1 qəpikdən də az) və ya şokolad veririk.
Anil Prajapati “qadınların çöldə tualetə çıxmaları etibarlı deyil. Gecə çölə çıxan qadına hər şey ola bilər. Bu, Hindistanın hər yerində yaşanır və biz bunların qarşısını almaq istəyirik” deyir. Hindistanın baş naziri Narendra Modi bu mövzunun üzərinə düşərək 2019-cu ilə qədər hər kəsin evində tualetin olmasını istəyir.
Lakin bəziləri tualet inşa etməyin yetərli olmadığını və insanların düşüncəsini dəyişdirmək üçün daha çox işlər görülməsini söyləyir. Lakin başladılan kompaniyanın bu vaxta kimi irəli sürülən ideyalar arasında vacib bir addım olduğunu vurğulayır.
7news.az










