RU
Tüfənglə yoldaşını yaraladı, özünə bıçaqla xəsarət yetirdi
02:01
370

Tüfənglə yoldaşını yaraladı, özünə bıçaqla xəsarət yetirdi

Zaqatala rayon mərkəzi xəstəxanasından  verilən məlumata görə, noyabrın 28-i gecə saat 23:30 radələrində rayonun Bəhmənli kənd sakini 1990-cı il təvəllüdlü Zümrüd Nazim qızı İbrahimova qarın boşluğundan güllə xəsarətləri ilə, onun əri 1981-ci il təvəllüdlü Nəsimi Nəzir oğlu İbrahimov bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olublar.   Hazırda hər iki yaralı əməliyyata qaldırılıb. Üzərilərində əməliyyat aparılır.   Polis bölməsindən APA-ya verilən məlumata əsasən, ilkin ehtimala görə Nəsimi İbrahimov yoldaşına  hələlik bilinməyən səbəbdən tüfənglə xəsarət yetirib daha sonra özünə bıçaqla xəsarət yetirib.   Hadisə ilə bağlı digər versiyaların üzərində əməliyyat tədbirləri aparılır. 

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ