RU
Tuka: Krımı qaytarmaq mümkün deyil
13:30
546

Tuka: Krımı qaytarmaq mümkün deyil

Bu gün Ukrayna Krımı qaytarmaq iqtidarında deyil.

7news.Az xəbər verir ki, bu sözləri Ukraynanın "müvəqqəti işğal olunmuş ərazilər”lə və qaçqınlarla iş üzrə nazirinin müavini Georqi Tuka deyib. 

O bildirib ki, hazırda Kiyev diplomatik demarşlar və siyasi bəyanatlarla kifayətlənmək məcburiyyətindədir.

Tukinin fikrincə, Krım və Donbas uzunmüddətli perspektivlərdən sonra Ukraynanın tərkibinə qayıdacaq, Rusiya isə öz əməllərinə görə məsuliyyət daşıyacaq.

Nazir müavini bəyan edib ki, o, Krım ərazisində resurslar, o cümlədən balıq və qumun qanunsuz hasilatı ilə bağlı sübutlar toplayır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ