ABŞ bir evdə çəkilən bu kadrlardan danışır.
Bir qadın qızı ilə yataq otağında televiziya izlədiyi zaman telefonuna mətbəxdə bir nəfərin olduğuna dair xəbərdarlıq mesajı gəlib.
7News.Az Haberler-ə istinadən xəbər verir ki, qadın xəbərdarlıqdan sonra təhlükəsizilik kamerası görüntülərini izləməyə başlayıb.
Qadın, kamerada görünən şəxsin 2 il öncə narkotik maddədən dünyasını dəyişən 21 yaşlı oğlu olduğunu iddia edib.
Kadrlar sosial şəbəkədə sürətlə yayılıb. Ana "Mətbəxdə biri var idi və bu Robbiydi. Ona çox bənzəyir, saç, saqqal hər şeyi eyni idi" deyib.
7News.Az












