RU
Tullantı sutəmizləyici qurğunun və kollektorun tikinti ərazisinə mediatur təşkil olundu
12:01
24

Tullantı sutəmizləyici qurğunun və kollektorun tikinti ərazisinə mediatur təşkil olundu


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğunun tikinti ərazisinə mediatur təşkil edib. 

Layihə Azərbaycan Prezidentinin imzaladığı Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilir.

Media nümayəndələri Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun, şaxtaların, tullantı sular üçün sutəmizləyici qurğunun tikinti prosesi ilə yaxından tanış olub və mütəxəssislər onlara ətraflı məlumat veriblər. 

Bildirilib ki, ümumi uzunluğu 18.9 kilometr olan Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun 15.2 kilometr hissəsi mikrotunel tipli, 3.7 kilometr hissəsi isə kanalizasiya kollektorudur. Bundan əlavə inşa olunacaq 22 şaxtanın 7-də artıq işlərə başlanılıb. Tikintisi həyata keçirilən tullantı sutəmizləyici qurğunun gündəlik məhsuldarlığı 75 min kubmetrdir.
 

 






 
 
 
 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ